ain.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
İranın xarici işlər naziri Abbas Əraqçinin ailə üzvləri ilə birlikdə Livana getdiyi və onların ölkədə qeyri-müəyyən müddətə qalacağı açıqlanıb.
Turkustan.az “Unikal”a istinadla xəbər verir ki, bu barədə İraq əsilli livanlı jurnalist və tədqiqatçı Əbdül Hüseyn “X” sosial şəbəkəsində yazıb.
O bildirib ki, Əraqçi ailəsini Livana səfəri zamanı özü ilə aparıb.
Jurnalist qeyd edir ki, Əraqçi, həyat yoldaşı Arzu Əhmədvənd, qızı Sadat və iki oğlu — Seyidhüseyn və Seyidrza ilə birlikdə Beyruta gəlib. Ailənin Livandakı İran diplomatlarına məxsus şəxsi evlərdə yerləşdirildiyi və qalma müddətinin qeyri-müəyyən olduğu bildirilir.
Əbdül Hüseyn onu da bildirib ki, İranın ali rəhbəri Əli Xameneinin Moskvaya getməsi ehtimalı azdır. Jurnalistin fikrincə, Xameneinin mümkün təyinat yeri Beyrut ola bilər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.