“Belə yarışların təşkili gənc nəslin inkişafı üçün olduqca vacibdir”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycanın tanınmış yunan-Roma güləşçisi Taleh Məmmədov deyib.
Veteran güləşçi Azərbaycan çempionatı ilə bağlı təəssüratlarını bölüşüb:
“Təşkilatçılıq yüksək səviyyədə idi. Hətta deyərdim ki, bəzi dünya və Avropa çempionatlarından daha yaxşı təşkil olunmuşdu. Ancaq bir sıra idmançılarımızın zədə səbəbindən çempionatda iştirak etməməsi gedişata öz təsirini göstərdi. Əvvəlki illərdə demək olar ki, bütün idmançılar yarışa qatılırdı.
Bu cür yarışların Azərbaycanda keçirilməsi gənc güləşçilərimizə motivasiya verməklə yanaşı, onlara təcrübə qazandırır. Bu çempionat Güləş Federasiyası tərəfindən son illərdə keçirilən ən yaxşı yarışlardan biridir”.
Qeyd edək ki, güləş üzrə Azərbaycan çempionatı yanvarın 11-də başa çatacaq.