AZ

Zəngilanda yeni modul tipli buraxılış məntəqəsi tikiləcək

Zəngilan rayonunun Ağbənd qəsəbəsi ərazisində dövlət sərhədindən yeni modul tipli buraxılış məntəqəsinin tikinti və quraşdırma işlərinə başlanılır.

"Yeni Sabah" xəbər verir ki, "Trend"in məlumatına görə, görüləcək işlər çərçivəsində ərazidə asfalt-beton örtüyü və abadlıq işləri də aparılacaq.

Belə ki, Dövlət Gömrük Komitəsi (DGK) artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

DGK sözügedən işlərin icrasını "Bilgə Qrup" QSC-yə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, QSC-yə 10,1 milyon manat ödənilib.


Telegram kanalımız
Seçilən
64
4
yenisabah.az

7Mənbələr