"İran böyük bir problem içindədir. Vəziyyəti çox diqqətlə izləyirik. Mən bu bəyanatı çox qətiyyətlə verdim ki, əgər onlar keçmişdə olduğu kimi insanları öldürməyə başlasalar, biz də müdaxilə edəcəyik."
Redaktor.az-ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.
“Bu, quru qoşunlarının yeridilməsi demək deyil. Amma onların ən çox ağrılı nöqtələrinə sərt zərbələr endirmək deməkdir”, - Amerika lideri bildirib.