AZ

Pakistan - Millimizin sonuncu rəqibi də bəlli oldu

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin UEFA İnkişaf Turnirindəki son rəqibi müəyyənləşib.

Sportinfo.az Pakistan mətbuatına istinadən xəbər verir ki, bu ölkənin U-16 komandası Qazaxıstanda təşkil olunacaq yarışa qatılacaq.

Pakistan Futbol Federasiyası (PFF) da məlumatı təsdiqləyib. Komandanın ilk dəfə UEFA turnirində mübarizə aparacağı vurğulanıb.

Yarışda Pakistanla yanaşı, Azərbaycan, Qazaxıstan və Rusiya yığmaları çıxış edəcək.

UEFA İnkişaf Turniri aprelin 24-30-u aralığında təşkil olunacaq.

Seçilən
47
sportinfo.az

1Mənbələr