ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Biləsuvar sakini Akif Kazımov olub.
Qədim adət-ənənələr: Gəlini valideyn seçərdi, yayda toy olmazdı, məclisə pul yazdırmazdılar
O, Biləsuvarın toy adətlərindən söz açıb:
"Əvvəllər toylar oktyabr ayından başlayaraq marta qədər davam edərdi. Yayda toy etməzdilər. Həmin fəsildə hamı işləyər, pul yığardı. O vaxtlar toyda pul yazdırmaq adəti yox idi. Hamı məclisə şabaş salardı. Gəlini isə əsasən valideynlər seçərdi. Bəzən də oğlan qızı bəyənib qaçırardı".
Akif Kazımov həmçinin o vaxtların qohumluq və qonşuluq münasibətlərindən bəhs edib:
"Keçmişdə insanlar daha mehriban idilər. Onlar bir-birlərinə kömək edər, dəstək olardılar. İndi isə zəmanə dəyişib. İnsanlar arasında paxıllıq artıb. Telefonlar onları bir-birindən soyudub".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.