Bakı. Trend:
Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinin oyunlarıkeçirilir.
Trend xəbər verirki, turnirin dörddəbir final mərhələsinin ilk qarşılaşmaları artıqbaşa çatıb.
Mərhələnin ilk matçında Mali yığması ilə qarşılaşan Seneqalmillisi 1:0 hesablı qələbə qazanaraq Afrika Millətlər Kubokunda ilkyarımfinalçı olub.
Qeyd edək ki, Seneqal yarımfinalda Misir – Fil Dişi Sahilicütünün qalibi ilə üz-üzə gələcək.
Günün ikinci qarşılaşması Kamerun və Mərakeş yığmaları arasındakeçirilib. Görüşdə Mərakeş komandası 2:0 hesabı ilə qalibgəlib.
Mərakeş yarımfinalda Əlcəzair – Nigeriya matçının qalibi iləqarşılaşacaq.
Xatırladaq ki, 2025-ci il Afrika Millətlər Kuboku Mərakeşdəkeçirilir. Turnirdə altı qrupa bölünmüş 24 milli komanda iştirakedib. Yarış yanvarın 18-dək davam edəcək. Hazırkı Afrika MillətlərKubokunun çempionu isə 2023-cü il finalında Nigeriyanı 2:1 hesabıilə məğlub edən Kot-d’İvuardır.