Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Liverpul” 16 il sonra antirekordunu təkrarladı
"Liverpul” antirekordunu təkrarlayıb.
QOL.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 21-ci turunda “Arsenal”la 0:0 hesablı heç-heçə edən “Liverpul” klub tarixində nadir göstərici ilə yadda qalıb.
Opta Analyst portalının X sosial şəbəkəsində yaydığı məlumata görə, bu görüşdə mersisaydlılar qapı çərçivəsinə bir dəfə də olsun zərbə endirməyib Sonuncu dəfə belə hal Premyer Liqa matçında 16 il əvvəl – 2010-cu ilin martında “Uiqan”la matçda (0:1) qeydə alınmışdı.
Hazırda “Liverpul” Premyer Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.