Xalq artisti Ağadadaş Ağayev növbəti dəfə yaşadığı insidentdən danışıb.
Bu barədə sənətçi RTV-də yayımlanan "Çərçivədən kənar" verilişində açıqlama verib.
Müğənni "Balta simvoldur. Deyirdilər, pulunu balta kəsmirdi. Balta çıxıbsa, mənim süzgəcimdən keçib. Mən etmişəm, reaksiyam olub. Yanımda o, olduğu üçün onu götürmüşəm. Oyuncaq idi. Bəlkə də balta simvolik olaraq ona tərəf getdi ki, ey pis insanlar, pislər, bu, Allahın baltasıdır, Ağadadaşın əli ilə sənə tərəf gəldi", - deyə, bildirib. (olay)
Tarix: 10 Yanvar 2026, 08:04