Bakı, 10 yanvar, AZƏRTAC
BMT Təhlükəsizlik Şurası yenilənmiş iş qrafikinə uyğun olaraq yanvarın 12-də Ukrayna ilə bağlı iclas keçirəcək.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, “Ukraynada sülhün və təhlükəsizliyin qorunması” gündəliyi üzrə keçiriləcək toplantı yerli vaxtla saat 15:00-da başlanacaq.