Ancelina Colinin səhhəti PİSLƏŞDİ
Ajans.az "Radar Online" nəşrinə istinadən xəbər verir ki, keçmiş həyat yoldaşı Bred Pittlə uzunmüddətli məhkəmə çəkişmələrindən sonra Colinin halı pisləşib. Hüquqi müstəvidə mübarizələrin stresi aktrisanın sağlamlığına o qədər ciddi təsir edib ki, uşaqları ona gecə-gündüz qulluq edirlər. Məlumata görə, "Oskar" mükafatı laureatı 2017-ci ildən bəri vaxtının çox hissəsini Los-Ancelesdəki 24.5 milyon dollarlıq malikanədə keçirir.