Bakı. Trend:
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın cümə günükeçirilməsi planlaşdırılan məşqini ləğv edib.
Trend xəbər verirki, alman məşqçi bu addımı oyunçulara qarşı yüksək fiziki tələblərsəbəbindən atıb.
Oyunçular tam məşq əvəzinə oteldə yüngül məşq keçiriblər.
“Barselona”nın tam məşqi şənbə günü keçiriləcək. Qeyd edək ki,klub əvvəlki gün İspaniya Superkubokunun finalına vəsiqə qazanmaqüçün “Atletik Bilbao”nu 5:0 hesabı ilə məğlub edib.
Turnirin final oyunu 11 yanvarda “Barselona” ilə “Real Madrid”arasında baş tutacaq.