AZ

Həkimin idarə etdiyi maşın kanala düşdü Ölən var

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Unikal”ın əldə etdiyi məlumata görə, uzun illər Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsində çalışmış həkim Yaşar Kərimovun idarə etdiyi “Toyota” markalı avtomobil güclü duman səbəbindən idarəetmədən çıxaraq kanala düşüb.

Hadisə rayonun Qırmızıkənd kəndində, mərhumun yaşadığı evin yaxınlığında qeydə alınıb. Qəza nəticəsində 73 yaşlı Yaşar Kərimov hadisə yerində həyatını itirib.

Qeyd edək ki, Y. Kərimov Biləsuvar rayonunda yerləşən özəl “Yovşan” klinikasında çalışırmış. 

Faktla bağlı araşdırma aparılır.

Gülayə Mecid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
1
unikal.az

3Mənbələr