AZ

Azərbaycan səfiri etimadnaməsinin surətini Meksikanın XİN rəsmisinə təqdim edib

ain.az, 525.az saytına istinadən bildirir.

Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyinin Protokol üzrə baş direktoru Conatan Çeytə təqdim edib.

525.az xəbər verir ki, bu barədə məlumat səfirliyin "X" sosial şəbəkəsində yerləşdirilib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunub, eləcə də mövcud əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Qeyd edək ki, Seymur Fətəliyev ötən ilin oktyabrın 27-də Azərbaycanın Meksikadakı səfiri vəzifəsinə təyin edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
7
525.az

9Mənbələr