AZ

Gömrük Komitəsində daha bir yüksək vəzifəyə TƏYİNAT

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dövlət Gömrük Komitəsində (SGK) daha bir yüksək vəzifəyə təyinat olub.Redaktor.az xəbər verur ki, komitə sədri Şahin Bağırovun əmri ilə Vətən müharibəsi iştirakçısı, gömrük xidməti mayoru Şamil Həsənli Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Şamil Həsənli bu təyinatadək Gəncə Gömrük İdarəsinin rəisi  vəzifəsində işləyib.Daha əvvəl isə o, DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşı olub. İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanıb. Füzuli, Hadrut, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonları ərazisində gedən döyüşlərdə iştirak edib.Ş.Həsənli Bakı Dövlət Universitetinin məzunudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
4
redaktor.az

5Mənbələr