AZ

Azərbaycanda bu vəzifələr ləğv olundu - İşçilər ixtisar edildi

Azərbaycanın şəhər və rayon icra hakimiyyətlərinin aparatında ciddi struktur dəyişiklikləri edilib. Nəticədə bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənib, bəzi şöbələr isə birləşdirilib.

Aznews.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu proses icra hakimiyyətlərinin strukturu sayılan qəsəbə və kənd icra nümayəndəliklərini də əhatə edib.

Nəticədə icra nümayəndəsinin müavini və baş mühasib vəzifələri ləğv olunub. Bu postlarda çalışan şəxslər ixtisara düşüb.

Yenidən formalaşdırılmadan sonra icra nümayəndəliklərində ştat vahidləri aşağıdakı kimi saxlanılıb:

Şəhər və ya sahə inzibati ərazi dairəsi üzrə - icra hakimiyyəti başçısının nümayəndəsi, baş məsləhətçi - ev təsərrüfatının uçotu işinin aparıcısı, məsləhətçi (mühəndis), aparıcı mütəxəssis və xadimə. Cəmi 5 işçi.

Seçilən
59
25
aznews.az

10Mənbələr