AZ

Sumqayıt ı darmadağın edən komandanın baş məşqçisindən açıqlama

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

Macarıstanın “Pakş” klubunun baş məşqçisi Dyord Boqnar “Sumqayıt”a qarşı keçirdikləri yoldaşlıq oyunu barədə fikirlərini bölüşüb."Football-plus.az" xəbər verir ki, təcrübəli mütəxəssis komandasının performansından razı qaldığını bildirib:

“Bütün hücumçularımızın qol vurması, özü də bunu məhz açıq hücumdan etmələri sevindirici haldı. Rəqib futbol oynamaq, topu geridən çıxarmaq istəyirdi. Bu isə təzyiq taktikasını məşq etməyimiz baxımdan bizim üçün xüsusilə əlverişli oldu. Rəqib meydançasında xeyli top qazandıq və demək olar ki, qol epizodlarımızın əksəriyyətini bu yolla yaratdıq”.

Mütəxəssis komandanın hazırlıq prosesinə də toxunub:

“Bu yoxlama matçı həm fiziki yüklənmə, həm də oyun planında hazırlığa əla xidmət etdi. Əlbəttə, fərdi planda oyunçulardan daha yaxşı qərarlar gözləyə bilərik, lakin bunu ilk günlərdən gözləmək doğru olmaz.”

Xatırladaq ki, Türkiyədə baş tutan görüş “Sumqayıt”ın 1:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
96
3
icma.az

5Mənbələr