AZ

''Qalatasaray'' - ''Fənərbaxça'' matçının başlama vaxtı dəyişdi!

Məlum olduğu kimi bu gün Türkiyə superkubokunun finalında yeni ilin ilk derbisini izləyəcəyik.

"Football-plus.az" xəbər verir ki, ''Atatürk Olimpiya''da keçiriləcək həlledici görüşdə ''Qalatasaray''la ''Fənərbaxça'' qarşılaşacaq.

Bu arada matçın başlama vaxtının dəyişdiyi məlum olub. Bu barədə xəbər Türkiyə Futbol Federasiyasının saytında yerləşdirilib. Orda qeyd olunub ki, hava şərtləri nəzərə alınaraq hər iki klubun razılığı ilə oyunun başlama saatı yerli vaxtla 20.30-dan 18.45-ə keçirilib. Yəni bizim vaxtla görüş saat 19.30-da start götürəcək. İstanbul valiliyi axşam saatlarında güclü yağış və küləyin başlayacağını nəzərə alaraq federasiyaya oyunun başlama saatını bir qədər irəli çəkməyi məsləhət görüb.

Onu da bildirək ki, bu prinsipial derbini Xəlil Umut Meler idarə edəcək. Uzun illərdi, FİFA hakimi və ölkənin bir nömrəli ədalət təmsilçisi statusunda olan Meler karyerasında 4-cü dəfə ''Qalatasaray'' - ''Fənərbaxça'' derbisinə təyinat alıb. Onun idarə etdiyi əvvəlki 3 derbidə bərabərlik qeydə alınmayıb: 2 oyunda ''Qalatasaray'', 1 oyunda ''Fənər'' üstün olub.

Seçilən
32
football-plus.az

1Mənbələr