AZ

Salah: “Afrikada futbolunun səviyyəsi qalxıb”

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misir millisinin hücumçusu və kapitanı Məhəmməd Salah Afrika Millətlər Kubokunu qazanmaq şansları barədə danışıb.

İdman.Biz bu barədə RMC Sport-a istinadən məlumat yayıb.

Salah bildirib ki, komandasını turnirin favoriti hesab etmir və yığmada əsasən Misir çempionatında çıxış edən çoxlu gənc futbolçu var.

Salahın sözlərinə görə, komanda sadəcə ölkəsi uğrunda mübarizə aparır və nə qədər irəliləyə biləcəklərini zaman göstərəcək.

Kapitan Afrikada millilərin səviyyəsinin qalxdığını, komandaların səviyyə baxımından bir-birinə çox yaxın olduğunu vurğulayıb. O qeyd edib ki, artıq 0:4 və ya 0:5 kimi böyük hesablı məğlubiyyətlər nadir hallarda yaşanır və bu da ümumi rəqabətin artdığını göstərir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
1
icma.az

2Mənbələr