Bu gün Azərbaycan Basketbol Liqasının 12-ci turunda daha iki qarşılaşma keçiriləcək.
İdman.Biz xəbər verir ki, hər iki oyun A qrupunda keçiriləcək.
Saat 14:00-da “Sabah” NTD ilə qarşılaşacaq. “Sabah” 19 xalla qrupda ikinci yerdədir. Sonuncu - altıncı pillədə olan NTD-nin isə 11 xalı var.
Günün son matçı saat 17:00-da “Neftçi” və “Şəki” arasında baş tutacaq. “Neftçi” 14 xalla dördüncüdür. “Şəki” isə 13 xalla beşinci pillədə yer alıb.
Hər iki görüş “Sərhədçi” İdman Mərkəzində oynanılacaq.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Ordu” “Quba”nı (116:111), “Lənkəran” “Sərhədçi”ni (72:69), “Naxçıvan” isə “Sumqayıt”ı (97:81) üstələyib.
12-ci tura yanvarın 11-də yekun vurulacaq.
