AZ

Aydın Mirzəzadə: “Baş verən hadisələr İranın daxili işidir”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə İranda baş verən aksiyaların Cənubi Azərbaycanın müstəqilliyinə təsiri barədə müzakirələrə aydınlıq gətirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, baş verən hadisələr İranın daxili işidir.

 

A.Mirzəzadə düşünür ki, İran xalqı özü bu məsələlərin ən düzgün həllini tapa biləcək: “Biz İranın öz problemlərinin həllində suverenliyinə hörmətlə yanaşırıq. Hesab edirik ki, Azərbaycan-İran münasibətləri heç nədən asılı olmayaraq həmişə iki dövlət arasında qorunan, daima möhkəmlənən prinsip olmalıdır”.

 

Aytəkin Qardaşova

Tarix: 10 Yanvar 2026, 10:12   
Seçilən
34
pravda.az

1Mənbələr