AZ

Şahin Bağırov Vətən müharibəsi iştirakçısına yüksək vəzifə verdi

Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinə yeni rəis təyin olunub.

7News.Az-ın Teleqraf-a istinadən məlumatına görə, Komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrlə sözügedən vəzifəyə Şamil Həsənli gətirilib.

Qeyd edək ki, 31 yaşlı Ş.Həsənli Vətən müharibəsi iştirakçısıdır. O, 2024-cü ildə Gəncə Gömrük İdarəsinə rəis təyin olunmuşdu.
 
 
 

Seçilən
54
12
7news.az

10Mənbələr