AZ

Azərbaycan niyə o siyahılarda yoxdur?

Hər il dünya ölkələri elm və təhsil, xoşbəxtlik, innovasiya, turizm, harmoniya, təhlükəsizlik və s. meyarlar üzrə sıralanır. Liderlər tez-tez dəyişir, lakin Skandinaviya ölkələri, İsveçrə və Sinqapur xoşbəxtlik, sabitlik və innovasiyada, Fransa və İspaniya turizmdə, ABŞ, Çin, Yaponiya və Cənubi Koreya kimi ölkələr isə “ağıllılıqda” (təhsil/ÜDM/elm əsasında) liderliyi əldən vermirlər. Əksinə, bu rəqabət get-gedə güclənir. Budur, Yaponiya yenə də aparılan qlobal araşdırmada bir çox sahədə yüksək nəticələr göstərərək 100 mümkün baldan 92-ni toplayaraq ötən ilin nəticələrinə görə “dünyanın ən ağıllı ölkəsi” seçilib.

Yaponiya bu uğuru həm Nobel mükafatlarının sayına, həm yüksək İQ dərəcəsinə, həm də şagirdlərin təhsil uğurlarına görə əldə edib. “Ağıllılar”ın ilk onluğunda İQ səviyyəsinə görə Sinqapur, Cənubi Koreya, Honkonq kimi Asiya ölkələri, keçmiş nailiyyətlərə və Nobel mükafatlarının sayına görə ABŞ, siyasi sabitliyi ilə İsveçrə, sosial layihələri və həyat keyfiyyəti ilə Çin, Kanada, Böyük Britaniya, Hollandiya, Belçika da var.

İstər-istəməz sual yaranır ki, Cənubi Qafqazda liderlik səviyyəsinə yüksələn Azərbaycanı yüksək texnoloji inkişafın lider ölkələri sırasına necə çıxara bilərik?

Seçilən
127
50
publika.az

10Mənbələr