AZ

Sabirabadda yeniyetmə dəm qazından zəhərləndi

Sabirabad rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib. Hadisə ötən gün axşam saatlarında rayonun Şəhriyar kəndində qeydə alınıb.
Kənd sakini, 2009-cu il təvəllüdlü Aidə Mahir qızı Həmidzadə yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Zərərçəkən dərhal xəstəxanaya yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, A.Həmidzadənin vəziyyəti hazırda qənaətbəxşdir.Faktla bağlı Sabirabad rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Seçilən
30
nocomment.az

1Mənbələr