AZ

ABŞ və Ukrayna ölkənin bərpası üçün 800 milyard dollarlıq saziş imzalayacaq

Saziş on il ərzində Ukrayna iqtisadiyyatının dirçəldilməsini və genişmiqyaslı investisiyaların cəlbini nəzərdə tutur...

ABŞ və Ukrayna Ukraynanın müharibədən sonrakı bərpası və iqtisadiyyatının yenidən işə salınması məqsədi daşıyan “rifah sazişi” imzalamağa hazırlaşır.

Poliqon xəbər verir ki, bu barədə The Telegraph nəşri mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, sənəd ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən yanvarın 19–23-də İsveçrənin Davos şəhərində keçiriləcək Ümumdünya İqtisadi Forumu çərçivəsində imzalana bilər.

Nəşrin yazdığına görə, plan on il ərzində Ukraynanın bərpası üçün təxminən 800 milyard dollar vəsaitin cəlb olunmasını nəzərdə tutur. Bu vəsait kreditlər, qrantlar və özəl şirkətlər tərəfindən ediləcək investisiyalar hesabına formalaşdırılacaq. Sazişin əsasını 2025-ci ilin yazında ABŞ və Ukrayna arasında imzalanmış faydalı qazıntıların hasilatı ilə bağlı razılaşma təşkil edir və həmin razılaşmanın genişləndirilmiş davamı kimi qiymətləndirilir.

The Telegraph bildirir ki, ilkin mərhələdə Volodimir Zelenski Vaşinqtona səfər edərək iki ayrı sənəd - “rifah sazişi” və döyüş əməliyyatları başa çatdıqdan sonra Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmanı imzalamağı planlaşdırırdı. Lakin Kiyevin Avropadakı müttəfiqləri ABŞ prezidenti ilə görüş üçün Davos forumunun daha münasib platforma olacağını təklif ediblər. Bu yanaşma həm siyasi, həm də iqtisadi baxımdan Ukraynanın bərpasına beynəlxalq diqqətin cəlb edilməsi məqsədi daşıyır.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr