Bakı, 10 yanvar, AZƏRTAC
ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) daha on qarşılaşma keçirilib.
AZƏRTAC xəbər verir ki, son çempion “Oklahoma Siti Tander” səfərdə “Memfis Qrizlis”ə 1 xal fərqi ilə qalib gəlib – 117:116.
Hazırda Qərb Konfransının turnir cədvəlinə “Oklahoma Siti Tander” başçılıq edir. “Memfis Qrizlis” isə onuncu pillədə yer alıb.
Matçların nəticələri
“Vaşinqton Uizards” - “Nyu Orleans Pelikans” – 107:128
“Orlando Mecik” – “Filadelfiya” – 91:103
“Memfis Qrizlis” – “Oklahoma Siti Tander” – 116:117
“Finiks Sanz” - “Nyu-York Niks” – 112:107
“Qolden Steyt-Uorriorz” – “Sakramento” – 137:103
“Boston Seltiks” - “Toronto Reptors” – 125:117
“Bruklin Nets” - “Los-Anceles Klippers” – 105:121
“Denver Naqqets” - “Atlanta Hoks” – 87:110
“Portlend Treyl Bleyzers” - “Hyuston Rokets” – 111:105
“Los-Anceles Leykers” - “Miluoki Baks” – 101:105.