AzVision.az xəbər verir ki, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Dəməşqdə belə deyib. Avropa Şurasının (AŞ) sədri Antonio Koşta ilə birlikdə Suriyaya səfəri çərçivəsində AK sədri bu ölkənin müvəqqəti prezidenti Əhməd əl-Şaraa ilə görüşüb.
“Suriyanın yenidən qurulması ehtiyacları çox böyükdür, mən bunu öz gözlərimlə gördüm. Avropa İttifaqı (Aİ) Suriya ilə əməkdaşlıq sazişinin yenilənməsi üçün danışıqlara başlamaq niyyətindədir və yeni siyasi tərəfdaşlıq proqramına, o cümlədən yüksək səviyyəli danışıqlara start verəcək”,- Livanın “Al Jadeed” telekanalı Ursula fon der Lyayendən sitat gətirir.
Xatırladaq ki, 2025-ci ildə Aİ ölkələri 2011-ci ildə respublikanın keçmiş rəhbərliyinə qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları aradan qaldırıb.
Mətbuat konfransında AK sədri hökumət qüvvələri ilə kürd silahlıları arasında toqquşmaların baş verdiyi Hələbdə şiddətin artması ilə bağlı narahatlığını bildirib. Siyasətçi“bütün tərəflərin dialoqa qayıtmasının zəruriliyini” vurğulayıb.
- Əvvəlki rejimin siyasətinin səbəb olduğu uzun illərin uzaqlaşmasından sonra AŞ və AK sədrlərinin səfəri Suriya və Aİ-ni yaxınlaşdırmaq istiqamətində mühüm diplomatik addımdır”,- Suriyanın “Al Watan” qəzeti yazıb.
Yüksək səviyyəli avropalı məmurlar Yaxın Şərq turnesi çərçivəsində Livana da gediblər. Prezident Cozef Aun ilə görüşdə onlar“Livan dövlətinin sabitliyi və firavanlığına sarsılmaz dəstəklərini” ifadə ediblər. Eyni zamanda, Livan lideri Aİ-dən 1,5 milyon suriyalı qaçqının vətənlərinə qayıtmasına köməklik göstərməyi xahiş edib.
Yanvarın 8-də isə, Ursula fon der Lyayen və Antonio Koşta Əmmanda İordaniya Kralı II Abdullah ilə görüşüblər. Danışıqlardan sonra iqtisadi tərəfdaşlıq əlaqələrini gücləndirmək üçün apreldə birgə investisiya konfransının keçiriləcəyi açıqlanıb.
Bəyanatda Avropanın İordaniya krallığının Silahlı qüvvələrinə dəstəyinin, eləcə də təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığın vacibliyi vurğulanıb.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta