AZ

Türkiyənin 34 vilayətində FETÖ yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

ain.az, Baku.ws saytına istinadən bildirir.

Türkiyədə FETÖ-yə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Daxili işlər naziri Ali Yerlikaya bpaylaşım edib.

Məlumata görə, ölkənin 34 vilayətini əhatə edən xüsusi əməliyyatlar nəticəsində 77 nəfər şübhəli şəxs tutulub.

Nazirin bildirdiyinə görə, saxlanılanlardan 43-ü barəsində həbs qətimkan tədbiri seçilib, bir nəfər məhkəmə nəzarətinə götürülüb. Qalan şəxslərlə bağlı hüquqi prosedurlar isə davam edir.

Əməliyyatlar Afyonkarahisar, Aksaray, Ankara, Antalya, Bursa, İstanbul, İzmir, Diyarbəkir, Şanlıurfa, Trabzon, Van, Kocaeli, Sakarya, Samsun, Hatay, Manisa və digər vilayətlər də daxil olmaqla ölkənin bir çox bölgəsində aparılıb.

A.Yerlikaya vurğulayıb ki, milli iradəyə qarşı qurulan tələlər bir-bir ifşa olunur:

"Dövlətimizin bütövlüyünə və xalqımızın əmin-amanlığına qəsd edənlərlə mübarizəmiz qətiyyətlə davam edir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
baku.ws

1Mənbələr