Ötən gecə İranın Tehran şəhərinin Ekbatan rayonunda molla rejimindən narazı olan insanlar yenidən küçələrə çıxaraq, hökumət əleyhinə şüarlar səsləndiriblər.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.
Tehranın müxtəlif rayonlarında etirazçılar rejimə meydan oxuyurlar.
Tonekabon şəhərində etirazçılar İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat idarəsinin zabitini döyüblər.
Şirazda insanlar yolları bağlayaraq, “Bu il qan ilidir, Seyid Əli devrilməlidir” şüarları səsləndiriblər.