Ananın yaşına və doğum ardıcıllığına görə 2024-cü ildə doğulan uşaqların sayında müəyyən dəyişiklik özünü göstərir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında öz əksini tapıb.
Belə ki, şəhər və kənd yerlərində 15-17 yaş qruplarında olan qadınlar tərəfindən doğulan uşaqların sayı 1 279 nəfər təşkil edib. Onlardan 401 uşaq şəhərdə, 878 uşaq kənd yerlərində doğulub.
Bununla yanaşı 50 və yuxarı yaş qrupunda olan qadınlar tərəfindən 87 uşaq dünyaya gəlib.