AZ

Etirazlar eyni vaxtda bir neçə şəhəri bürüdü

İranda iki həftə əvvəl başlayan kütləvi etirazlar ötən gecə də davam edib.

News24.az xəbər verir ki, Tehran başda olmaqla bir sıra şəhərlərdə etirazçılar gecə saatlarında küçələrə çıxaraq hökumət əleyhinə şüarlar səsləndiriblər.

Yayılan məlumatlara görə, aksiya iştirakçıları “Diktatora ölüm olsun!” şüarı ilə mövcud siyasi idarəçiliyə etiraz ediblər. Etirazların bir neçə şəhərdə eyni vaxtda baş verdiyi bildirilir.

Hökumətyönlü media qurumları şəhər küçələrində baş verdiyi iddia olunan dağıntıların görüntülərini yayımlayıb. Rəsmi mediada etirazçılar “ictimai əmlakı məhv etməkdə” və “etirazlar adı altında ölkəyə qarşı düşmənçilik etməkdə” ittiham olunublar. (Azad İran)


Seçilən
12
4
azia.az

5Mənbələr