“Zirə” təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanıb.
İdmanxeber.az xəbər verir ki, komanda bu gün səhər saatlarında yola düşüb.
“Zirə” yanvarın 17-nə qədər Antalyada hazırlıq keçəcək. Rəşad Sadıqovun komandası Antalyada 3 matça çıxacaq. “Qartallar” yanvarın 12-də Rumıniyanın “Çiksereda”, yanvarın 16-da isə Ukraynanın “Oleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.