AZ

Xəstəxanada dəm qazından ölən olmayıb?

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Qış mövsümünün başlaması ilə dəm qazından zəhərlənmə halları yenidən gündəmə gəlir və təhlükə statistikası kəskin şəkildə artır.

Son aylar ərzində müxtəlif bölgələrdən bu diaqnozla tibb müəssisələrinə çoxsaylı müraciətlər daxil olub. Dəm qazından zəhərlənmə tez müəyyən edildiyi halda vaxtında tibbi müdaxilə ilə ağır fəsadların və ölüm hallarının qarşısını almaq mümkündür.

Lakin əksər hallarda əlamətlərin gec aşkarlanması, ilkin yardımın göstərilməməsi vəziyyəti ağırlaşdırır və faciəyə səbəb olur.

Qış mövsümü başlayandan dəm qazından zəhərlənmə diaqnozu ilə neçə müraciət daxil olub? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, qış mövsümü başlayandan dəm qazından boğulma halları artıb:

"2025-ci ilin dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə səbəbilə 20 nəfər qəbul edilib. Yanvar ayının statistikası isə ay sonunda məlum olacaq. Vaxtında aparılan intensiv müalicə tədbirləri və həkimlərin çoxsaylı səyləri nəticəsində ölüm halı qeydə alınmayıb".

Gülər Həsənli 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
78
1
cebheinfo.az

2Mənbələr