AZ

“Qarabağ”dan ŞAD XƏBƏR – 4 mövqeyə 4 YENİ TRANSFER…

Hər mövqe üçün danışıqlar aparırıq. İlin sonunda da demişdim ki, hazırda ən çox iş saatı ayırdığımız tərəf futbolçu transferi ilə bağlıdır. Xeyli sayda futbolçuya baxırıq, danışıq aparırıq.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O bildirib ki, qapı xətti, müdafiə, hücum və orta xətt üçün axtarışlar gedir:

“Son vaxtlarda ümumiyyətlə dayanmırıq. Görək danışıqlar hansı səviyyədə olacaq. Çox istəyirik ki, komandada bəzi mövqelərdə oyunçu sayını artıraq. Çünki keçən il çox güc sərf etdik. Əgər ilboyu belə davam edərsə, futbolçuların gücü, psixoloji hazırlığı çatmaz. Bu səviyyədə işimizi qoruyub-saxlamaq istəyiriksə, mövqelərdə oyunçularımızın çoxalmasına ehtiyac var. Bu, oyunumuza və məşq prosesinə kömək olacaq.

Biz planımızı ona görə qurmamışıq. Bizdə elə düşüncə olsa idi, Liqa mərhələsinə düşəndə, daha çox addım atardıq. İstəyirdik. Hər bir halda gördüz ki, tam istədiklərimizi edə bilmədik. Transfer elə həddə çatıb ki, imza atıb, futbolçu burada olmasa, deyə bilmərik ki, onu gətirdik. Bu günə qədər bu futbolçularla bu yerə gəlib çıxmışıq. Onsuz da mərhələ keçsək də, iştirak ərizəsinə çox futbolçunu sala bilməyəcəyik. Böyük limit də vermirlər. Hər bir halda, dəyişiklik etmək istəyirik. Əlimdə olan futbolçulardan narazı deyiləm. İşimizi daha da yaxşılaşdırmaq”.

Seçilən
6
1
millitv.net

2Mənbələr