AZ

Qurban Qurbanovdan SƏMİMİ ETİRAF – Məni başa düşən 3-4 nəfərdir, qalanlar…

Şəxsi həyatım da futbolla bağlıdır. Arzum həmişə sizlərin, azarkeşlərin inamını itirməməkdir”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Onun sözlərinə görə, şərt deyil ki, çempion olaq, kubok qazanaq:

“Mənə olan inam həmişə qalsın. Bu, mənim üçün ən böyük amil olub. Şəxsi həyata gəldikdə, bu barədə danışmağı çox da xoşlamıram. O başqa mövzudur. Hər yerdə istəyərəm ki, güvənim itməsin. Futboldan uzaq qalmaq mümkün deyil. Hara getsəm, yenə futbolu müzakirə edirlər. Əsasən də son vaxtlardakı məğlubiyyətlərdən danışırlar. Bir neçə nəfəri çıxmaq şərtilə, məni başa düşən 3-4 nəfərdir. Qalanlar filankəsi niyə dəyişmədin, bu niyə belə oldu, yarı zarafat da olsa, bunu bildirirdilər (gülür). Əfsuslar olsun ki, bunlardan qaça bilmədin. Başlayanda deyirlər, düzünü sən bilirsən, sonra da deyirlər ki, bu niyə belə oldu. Ən yaxınlarım var ki, 3-4 nəfər, bu barədə heç nə demirlər. Daim yanımda olurlar, motivasiya verirlər. İnanın ki, əgər futbolçularım sağlam qayıdırlarsa, hər məşqdə sağlam, istəkli olurlarsa, mənim üçün istirahətdir. İstirahət etsəm də, görsəm ki, məşqim, futbolçularım yaxşı deyil, istirahətimin üstündən xətt çəkilir”.//Publika.az

Seçilən
19
6
millitv.net

2Mənbələr