AZ

Pakistan vətəndaşlarına İrana səfərlərdən çəkinməyi tövsiyə edib

Bakı. Trend:

Pakistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarınatəhlükəsizlik məqsədilə İrana bütün zəruri olmayan səfərlərdənçəkinməyi tövsiyə edib.

Trend-inməlumatına görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin “X”sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Paylaşımda bildirilir ki, Pakistan vətəndaşlarınatəhlükəsizliklərini təmin etmək məqsədilə vəziyyət yaxşılaşacağımüddətədək İrana bütün zəruri olmayan səfərlərdən çəkinmələritövsiyə olunur.

Məlumatda qeyd olunur ki, Pakistan XİN hazırda İranda yaşayanPakistan vətəndaşlarını son dərəcə ehtiyatlı olmağa, ayıq-sayıqdavranmağa, zəruri olmayan səfərləri minimuma endirməyə vəPakistanın diplomatik nümayəndəlikləri ilə mütəmadi əlaqədə qalmağaçağırır.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutasırialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksəkinflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyalarıbaşlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,say haqda məlumat verilməyib.

Seçilən
78
2
az.trend.az

3Mənbələr