AZ

56 yaşlı kişi hamam otağında öldü

Goranboyda 56 yaşlı kişi zəhərlənərək ölüb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Dəliməmmədli şəhəri, M.Əsədov küçəsi, ev 10 ünvanında qeydə alınıb.

Məlumata görə, sözügedən mənzildə yaşayan 1970-ci il təvəllüdlü Namiq Nemət oğlu İsmayılzadə hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
74
1
manset.az

10Mənbələr