AZ

“Arsenal”ın yarımmüdafiəçisi altı ay müddətinə sürücülük hüququndan məhrum edilib

ain.az, Idman.biz saytına istinadən bildirir.

“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays bir həftə ərzində iki dəfə sürət həddini aşdığı üçün altı ay müddətinə avtomobil sürmək hüququndan məhrum edilib.

İdman.Biz “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, yarımmüdafiəçi 3 yanvarda sürət həddini aşarkən tutulub.

O, Londonun cənub-qərbindəki Surrey şəhərindəki malikanəsinin yaxınlığındakı sürət həddi 48 km/saat olan magistral yolda saatda 60 km/saat sürətlə hərəkət edib.

Cəmi beş gün sonra, 8 yanvarda futbolçu yenidən yaxalanıb. Bu dəfə o, eyni yolda saatda 79 km/saat sürətlə hərəkət edib. Raysa həmçinin 2185 funt sterlinq cərimə yazılıb.

Rays bu mövsüm “Arsenal”ın heyətində bütün yarışlarda 28 oyun keçirib, dörd qol vurub və beş məhsuldar ötürmə edib.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
1
icma.az

2Mənbələr