AZ

Gəncədə 16 yaşlı oğlan məktəbin qarşısında bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən orta məktəblərin birinin qarşısında qeydə alınıb.

Belə ki, şəhər sakini 2010-cu il təvəllüdlü N. Məmmədov bel nahiyəsinin kəsilmiş deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Yeniyetmənin hansı şəraitdə bıçaq xəsarəti alması məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
29
18
heftelik.az

10Mənbələr