AZ

Deklan Rays sürücülük hüququndan məhrum edildi


“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays bir həftə ərzində iki dəfə sürət həddini aşdığı üçün altı ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Məlumata görə, yarımmüdafiəçi ilk dəfə yanvarın 3-də Londonun Surrey şəhərindəki malikanəsinin yaxınlığındakı magistral yolda sürət həddini aşıb.
Belə ki, Rays magistral yolda 48 km/saat sürət həddi zonasında saatda 60 km sürətlə hərəkət edib.
Cəmi beş gün sonra, yanvarın 8-də yenidən sürət həddini aşıb.
Bu dəfə o, eyni yolda 48 km/saat sürət həddi zonasında saatda 64 km sürətlə hərəkət edib.
Rays həmçinin 2185 funt sterlinq cərimə olunub.
Seçilən
54
yeniavaz.com

1Mənbələr