AZ

Nəsimidən nə xəbər var?: Bu gün...

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Tanınmış teleaparıcı Nəsimi Nəbizadənin yaxınları bu gün onunla görüşəcək.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Yeni Sabah”a “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov məlumat verib.

O bildirib ki, bu məsələni artıq N.Nəbizadənin qohumlarının ixtiyarına buraxıb:

“Mən artıq məsələni onun qohumlarına həvalə etmişəm. Bu gün onunla danışacaqlar. Razı salsalar və qayıtmaq istəsə, gedib onu mərkəzə gətirəcəm. Bundan başqa nə edə bilərəm ki?”.

Xatırladaq ki, Nəsimi Nəbizadə ötən ilin sentyabrında “Qurtuluş” Reablitasiya Mərkəzinə yerləşdirilmişdi. O, 3 gün əvvəl mərkəzdən qaçıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
77
2
cebheinfo.az

3Mənbələr