“Etirazların 13-cü günündə İran İslam Respublikası rejiminin ən böyük qorxusu tam şəkildə özünü göstərdi: iranlılar birləşib və dəyişiklik tələb edir”.
Paralel.az xəbər verir ki , bu barədə ABŞ Dövlət Departamentinin farsdilli “X” səhifəsində bildirilib.
“İslam Respublikası rejiminin cavabı isə interneti kəsmək, xalqa qarşı zorakılığa başlamaq və “xarici iğtişaşçıları” ittiham etmək oldu. Lakin həqiqət üzə çıxdı: İslam Respublikası rejimi böyük bəladadır”, - qeyd olunub.
Qeyd edək ki, İranda ümumxalq etirazlarında ən azı 65 nəfər, o cümlədən 7 yeniyetmə öldürülüb, etirazlarda yüzlərlə insan yaralanıb.
Xatırladaq ki, İranın paytaxtı Tehranda və ölkənin digər bölgələrində kütləvi etiraz aksiyaları 13 gündür davam edir.