"Qoşa çinarlar" mahnısının söz və musiqi müəllifi İsrail Məmmədov efirlərdən birində müğənni Ulviyyə Namazova haqqında səsləndirdiyi sərt fikirlərlə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Ulviyyə Namazova "Tarixin bir günü" verilişində açıqlama verərək bildirib ki, bəstəkar onun ünvanına təhqiramiz ifadələr işlədib. Müğənninin sözlərinə görə, İsrail Məmmədov onu "tərbiyəsiz", "pis qız" kimi ifadələrlə hədəfə alıb.
Ulviyyə Namazova qeyd edib ki, bu fikirlər Xoşqədəm Hidayətqızının efirində səsləndirilib:
"Xoşqədəm xanımın verilişində mənim haqqımda xoşagəlməz sözlər dedi. Buna görə də sonra mən də dedim ki, bu mahnıdan qazandığım gəliri bilsə, ürəyi partlayar".
Müğənni vurğulayıb ki, sözügedən mahnını oxumaq üçün bütün hüquqi prosedurlar yerinə yetirilib:
"O, müğənni imzasını ataraq icazə verib və mən də mahnını oxumuşam. Birdən-birə niyə mənə qarşı belə münasibət göstərdiyini isə anlamıram".
Ulviyyə Namazovanın bu açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Musa
Milli.Az