"Belə bir biabırçılıq hələ görülməyib. AZAL-ın Türkiyədən Bakıya 13:20-də uçacaq təyyarəsi qalıb. Təyyarədə nasazlıq var deyə, gecə saat 1-dir qalmışıq. İnsanlara dəqiq məlumat verilmir, deyilmir, uçacaq, ya yox. Guya, Azərbaycandan usta göndərilib ki, problem aradan qaldırılsın. 12 saatdır insanlar burada qalıb. Azərbaycan tərəfindən bir nümayəndə də yoxdur ki, məlumat verilsin".
"Kimsə bizə yaxınlaşmır, deyilmir uçacaq, ya yox, nə baş verəcək. Belə bir rəzilliklə hələ rastlaşmamışdım. Bu, AZAL üçün böyük bir mənfidir. Gələcəkdə bu münasibətə görə insanlar bileti AZAL-dan yox, başqa şirkətdən alacaqlar. Çox böyük diqqətsizlik, biganəlik var. Bu qədər insan toplaşıb. Türkiyə hava limanının işçiləri buradadır, AZAL-ın bir əməkdaşı belə gəlmir. Bizi bir qapıdan o birinə, o birindən başqasına göndərirlər ki, bir saata, iki saata uşacaq. Beləcə, 12 saat keçib. Bu gecikməyə, insanlara yaşatdığına görə AZAL təzminat ödəməlidir. Hansısa problem yarana bilər. Amma kimsə gəlib insanlarla əlaqə yaradıb, izah etməlidir. Başqa təyyarə göndərilməlidir".