AZ

Moskvaya gedən Xatirənin başına iş gəldi: "11 saatdır gözləyirəm"

Müğənni Xatirə İslam 11 saatdır Bakıda hava limanında qaldığını deyib.

"Cebheinfo.az" xəbər verir ki, sənətçi uçuşun gecikməsindən şikayətlənib. O bildirib ki, hələ də hava limanında gözləyir:

"Düz 11 saatdır hava limanındayam. 11 saat çox vaxtdır. Ha dedim ki, 1 saata açılmasa, qayıdacağam evə. Belə deyə-deyə 11 saat keçdi. Ayaqlarım da şişib. Yatsam yuxuma girməzdi ki, 11 saat təyyarənin gecikməyini gözləyəcəyəm. Moskvada hava şəraiti ilə bağlı bir çox uşuşlar təxirə salınıb və ya gecikib. Allah özü salamatçılıq etsin. Deyirlər ki, uçuş axşam saat 20:00-da ola bilər".

https://www.instagram.com/reel/DTU2Jc6gJp-/?utm_source=ig_web_copy_link

"Cebheinfo.az"

Seçilən
63
2
cebheinfo.az

8Mənbələr