Bakı. Trend:
“Fənərbaxça” qapıçısı İrfan Can Eyribayatı icarəyə verib.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, qolkiper mövsümün sonuna kimi“Samsunspor”da çıxış edəcək. Bu barədə Samsun təmsilçisinin mətbuatxidməti məlumat yayıb.
Superliqa klubu mövsümün sonunda 1.2 milyon avro ödəməkləqapıçının transfer hüquqlarını ala bilər.
Qeyd edək ki, 27 yaşlı qapıçı bu mövsüm "Fənərbaxça"da 6 oyunaçıxıb və 7 qol buraxıb.