AZ

Zaqatalada iki avtomobil toqquşub, xəsarət alanlar var

Yevlax-Zaqatala-Gürcüstan magistralının Zaqatala rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, Yengiyan kənd sakini 39 yaşlı Dilqəm Məmmədovun idarə etdiyi “Opel Vectra” markalı avtomobillə Əliabad qəsəbə sakini 39 yaşlı Xəyalə Herovovanın idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki avtomobil ciddi deformasiyaya uğrayıb. Həmçinin hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının həkimləri yaralılara ilkin tibbi yardım göstərdikdən sonra onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəza ilə bağlı araşdırma aparılır.

Seçilən
45
2
xezerxeber.az

3Mənbələr