AZ

Türkiyədə FETÖ əməliyyatı - 77 nəfər saxlanılıb

Son iki həftə ərzində Türkiyənin 34 vilayətində jandarma bölmələri tərəfindən aparılan əməliyyatlarda 77 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz rəsmi "X" hesabında məlumat paylaşıb.

Nazir qeyd edib ki, əməliyyatlar zamanı saxlanılan 77 şübhəlinin terror təşkilatının hazırkı strukturunda fəaliyyət göstərdikləri, taksafonlar vasitəsilə təşkilat daxilində məsul şəxslərlə əlaqə saxladıqları, terror təşkilatı ilə əlaqəli olduğu iddia edilən yardım qurumlarına maliyyə vəsaiti təmin etdikləri və sosial media hesabları üzərindən terror təşkilatının təbliğatını apardıqları müəyyən edilib.

Məlumata görə, saxlanılanlardan 43-ü barəsində həbs qətimkan tədbiri seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
39
olaylar.az

1Mənbələr