AZ

Yaşar Bəşirov: Azərbaycanda idman bütün sahələr üzrə yaxşı inkişaf edir

Tbilisi, 10 yanvar, AZƏRTAC

Azərbaycanda idmanın inkişafına xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki, idman bütün sahələrdə, eləcə də karate idmanı üzrə sürətlə inkişaf edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası (WKF) İdarə Heyətinin üzvü Yaşar Bəşirov söyləyib. Onun sözlərinə görə, bu gün idmanın karate növü üzrə Tbilisidə keçrilən turnirdə Azərbaycandan 21 karateçi iştirak edir: "İdmançllarımız bu yarışa ciddi hazırlaşıblar. Onlar yaxşı başa düşürlər ki, bu yarış A kateqoriya (A Seriya) yarışıdır. Burada qazanılan reytinq xalları toplanacaq və yüksək xal qazanan idmançılarımız gələcəkdə 32-lik adlanan yüksək turnirdə iştırak hüququ qazanacaqlar. Bundan sonra onlar, həmçinin dünya və Avropa birinciyində də inamla iştirak edə bələcəklər".

Y.Bəşirov deyib ki, karate sahısində yaxşı idmançılar yetişir. "İnanırıq ki, onlar yaxın gələcəkdə ölkəmizin idman şərəfini ləyaqətlə qoruyacaq və beynəlxalq turnirlərdə Azərbaycan bayrağını uca zirvələrə qaldıracaqlar", - deyə federasiya prezidenti vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
76
azertag.az

1Mənbələr