AZ

“Səbail” yeni transferə hazırlaşır

Azərbaycanın Birinci Liqasında çempionluğa namizədlərdən olan “Səbail” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, “dənizçilər” “Difai”dən ayrılan Roman Hüseynovla razılığa gəlib.

28 yaşlı futbolçu ilə mövsümün sonunadək anlaşma əldə edilib. Paytaxt klubu transferi yaxın günlərdə rəsmən açıqlayacaq.

Qeyd edək ki, “Səbail” qış fasiləsinə 22 xalla turnir cədvəlinin 3-cü pilləsində yollanıb.

İdman.Biz
Seçilən
74
idman.biz

1Mənbələr